SÜJET
Şəkidə yol qəzası baş verib, ölən var.
Yurd.Media xəbər verir ki, gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində “VAZ-21723” markalı minik avtomobili ilə evakuator toqquşub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 44 yaşlı Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.