SÜJET
Şəkidə “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində xəsarət alan 7 nəfər (6-sı kişi cinsli, 1-i qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Yurd.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil olaraq qiymətləndirilir.
"Report"un məlumatına görə, yük maşını və mikroavtobusun toqquşması nəticəsində Balakən rayon sakinləri - mikroavtobusun sürücüsü, 39 yaşlı Asif Gündüzzadə, 33 yaşlı Turqut Əliyev, 6 yaşlı K.Q, 64 yaşlı Eteri Ocaqverdiyeva, Şəki rayon sakinləri - yük avtomobilinin sürücüsü 38 yaşlı Elşən Məmmədov və 12 yaşlı Əli Məmmədli xəsarət alıblar.
*** 17:28
Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.