SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İstanbul Klinikasında uğursuz burun əməliyyatı keçirən qız binadan yıxılaraq ölüb - VİDEO

İstanbul Klinikasında uğursuz burun əməliyyatı keçirən qız binadan yıxılaraq ölüb - VİDEO

  • 28 oktyabr 2025, 08:43

İstanbul Klinikasında burun əməliyyatı keçirən gənc psixoloji travma alıb, ötən gün yaşadığı binadan yıxılaraq ölüb.

Yurd.Media xəbər verir ki, yaxınlarının sözlərinə görə, əməliyyatdan sonra 21 yaşlı Kəmalə Əbilovanın vəziyyəti düzəlməyib və o, günü-gündən daha da pisləşib.

Mərhumun dayısı "Baku TV"yə bildirib ki, Kəmalə İstanbul Klinikasında burun əməliyyatı etdirib:

"Altı ay əvvəl İstanbul Klinikasında əməliyyat olunub. Həkimi Rəşad Məmmədov idi. Ondan sonra bu uşağın beynində travma yaranıb. Əməliyyatdan sonra neçə həkimə getsə də, nəticə alınmadı. Burnunun plastik əməliyyatından sonra beynində problem yarandı. Adam görəndə qorxurdu", - deyə Kəmalənin yaxını bildirib.

Prime Leasing