Şamaxıda güclü külək ağacları aşırıb, bəzi çaylara sel gəlib

Şamaxıda güclü külək ağacları aşırıb, bəzi çaylara sel gəlib

  • 16 aprel 2025, 14:39
Şamaxı

Şamaxıda güclü küləklə müşayiət olunan intensiv yağış və leysan rayon ərazisində bir sıra fəsadlar törədib.

Yurd.Media xəbər verir ki, təbii hadisə zamanı ağaclar aşıb, bəzi çaylara sel gəlib, dağ kəndlərində qar yağıb. Güclü külək səbəbindən rayonun bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

Müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib və ərazilərdə fəsadların aradan qaldırılması üçün səfərbər olunub. Aşmış ağacların götürülməsi, sel ötürücü qurğuların nəzarətdə saxlanılması və elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir.

Artıq rayonun əksər hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda küləyin sürəti zəifləsə də, bəzi yüksək dağlıq ərazilərdə yağıntıların davam etdiyi bildirilir.