Ötən gecə də Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Yurd.Media-ya bildirilib ki, yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudada zəlzələ baş verib.
Bildirilib ki, Pirqulu stansiyasından 9 km cənubda qeydə alınan zəlzələ hiss olunmayıb