SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Külək ağacı üstünə aşırdı, ayağı sındı

Külək ağacı üstünə aşırdı, ayağı sındı

  • 27 iyul 2026, 12:54
Bakı

Bakıda güclü külək ağacı aşırıb, altında qalan şəxs ciddi zədə alıb.

Səhiyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

"Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları