Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yird.Media xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ 2107 ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib.Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.