SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs saxlanıldı - VİDEO

Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs saxlanıldı - VİDEO

  • 12 avqust 2025, 16:38

Qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü YPX əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılmışdır.

DİN-in mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata əsasən, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Əliyev Azər Bəhram oğlunun törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun  da olmadığı müəyyən edilmiş və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. 

Məhkəmənin qərarı ilə A.Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə xatırladır ki, qanunsuz sərnişindaşıma və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçmək, yollarda qəza riskini dəfələrlə artırır və insan həyatını ciddi təhlükəyə məruz qoyur. Qaydaları pozmayın, təhlükəsizliyə məsuliyyətlə yanaşın.

Prime Leasing