SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Port Baku KFC-də müştəriyə köhnə və iylənmiş toyuq əti satılıb - FOTO

Port Baku KFC-də müştəriyə köhnə və iylənmiş toyuq əti satılıb - FOTO

  • 31 iyul 2025, 11:37
Bakı

"Port Baku" ticarət mərkəzində yerləşən KFC restoranında ciddi qida keyfiyyəti problemi aşkarlanıb.

Yurd.Media xəbər verir ki, sosial şəbəkədə Leyla adlı müştəri tərəfindən edilən şikayətə görə, restorandan sifariş edilən toyuq məhsulları köhnə, keyfiyyətsiz və istehlak üçün yararsız vəziyyətdə təqdim edilib.

Müştərinin bildirdiyinə görə, sifariş etdiyi toyuq məhsulları qap-qara rəngdə, rezin kimi bərk konsistensiyalı və içi göy rəngdə olub. Bundan əlavə, məhsuldan köhnəlmiş qida iyi gəldiyi və ət parçalarının dağıldığı qeyd edilib.

"Toyuğa baxan kimi bilinirdi ki, köhnədir və sadəcə qızdırılıb göndərilib. Məhsul qap-qara, rezin kimi bərk, içi göy rəngdə idi və köhnə iy gəlirdi. Ətin parçalanması da onun yararsız olduğunu göstərirdi. Bir sözlə, yemək mümkün deyildi", - deyə müştəri şikayətində bildirib.

Xüsusilə narahatedici məqam isə müştərinin acısız toyuq sifariş etməsinə baxmayaraq, bütün məhsulların acılı hazırlanması olub. Müştəri bunun köhnə toyuğun dadını gizlətmək məqsədi daşıdığını düşünür.

Prime Leasing