SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Polisdən xəbərdarlıq: Səhhətində problem olanlar sükan arxasına əyləşməsin

Polisdən xəbərdarlıq: "Səhhətində problem olanlar sükan arxasına əyləşməsin"

  • 02 avqust 2025, 15:58
Xaçmaz

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.

Bu barədə Yurd.Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

"Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar", - müraciətdə qeyd olunub.

Prime Leasing