Sumqayıt–Pirşağı avtomobil yolunda ağır qəza baş verib.
Yurd.Media "e-huquq.az"a istinadən xəbər verir ki, qəzada Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.
Beləki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.
Məlumata görə, avtomobili Aynur Rzayevanın sürücüsü idarə edib.
Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.
O, 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.
