SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ötən həftə 3 nəfərin meyiti tapılıb - FHN

Ötən həftə 3 nəfərin meyiti tapılıb - FHN

  • 19 may 2025, 10:00

Ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Yurd.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing