SÜJET

Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Naxçıvanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Dönərxana bağlandı

Naxçıvanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Dönərxana bağlandı

  • 20 may 2025, 22:37
Naxçıvan

Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəbrayıl Natiq oğlu Məmmədova məxsus, 9 nəfərin qida zəhərlənməsinə səbəb olan "Tac dönər" adlı dönərxanada plandankənar yoxlama keçirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.

Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanıb.

Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.