SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
“Motodrom”dakı yanğın söndürülüb - YENİLƏNİB

“Motodrom”dakı yanğın söndürülüb - YENİLƏNİB

  • 27 may 2025, 09:45
Bakı

Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə Yurd.Media-ya FHN-dən məlumat verilib.

***09:14

Bakıda, Motodrom adlanan ərazidə yanğın başlayıb.

Yurd.Media xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Prime Leasing