SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Lənkəranda ferma heyvanlarla bir yerdə yanıb - FOTO

Lənkəranda ferma heyvanlarla bir yerdə yanıb - FOTO

  • 14 iyul 2025, 23:54
Lənkəran

Lənkəranda iş adamına məxsus ferma yanıb.

Yurd.Media xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Prime Leasing