SÜJET
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Yurd.Media Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü 1967-ci il təvəllüdlü Söhrab Süleymanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.