Kəlbəcərdə avtomobil aşıb, qadın gizir ölüb - YENİLƏNİB

Kəlbəcərdə avtomobil aşıb, qadın gizir ölüb - YENİLƏNİB

  • 14 aprel 2025, 21:43
Kəlbəcər

Kəlbəcər rayonunda baş vermiş qəzada həlak olan "N" saylı hərbi hissənin giziri İlahə Şahverdiyeva ilə bağlı bəzi detallar məlum olub.

Yurd.Media xəbər verir ki, o bir il əvvəl gənc oğlunu itiribmiş.

Həmçinin, İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub və Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Həlak olan gizir Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.


15:32

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Belə ki, 99-NK-848 dövlət nömrə nişanlı "Nissan Pathfinder" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı ölüb.

Faktla bağlı araşdırma aparılır.