SÜJET
"Yolu azdım, səhərə qədər meşədə qaldım".
Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, bu sözləri Daşkəsəndə meşədə itkin düşən şəhid atası Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib.
Onun sözlərinə görə, meşədə yolu azaraq itkin düşüb:
"Hava dumanlı idi yolu azdım evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5 -ə qızımla danışdım dedim gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı.Dedim bunu da yığım sora gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Məndə bilmədim hansı tərəfə gedim.Telefonumda da enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı yuxarı yol getdim yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burda da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər."
Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda onun səhətində heç bir problem yoxdur.
17:00
Daşkəsəndə meşədə itkin düşən şəhid atası tapılıb.
Yurd.Media xəbərverir ki, Modern.az bu bardə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindın tapılaraq ailəsinə təhvil verilib.
Onun həyatı üçün təhlükə yoxdur.
***
Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.
Yurd.Media xəbər verir ki, Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:
"Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək".
***
Daşkəsən rayonunun Bayan kəndində Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu itkin düşüb.
Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb. Hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.
Yurd.Media Modern.az-a istinadən xəbər verir ki, Kamil Abdullayev meşəyə xəstə qızı üçün çaşır bitkisi toplamağa gedibmiş.
O, səhər saatlarında evdən çıxıb və meşəyə gedib. şəhis atası ilə sonuncu telefon danışığı saat 5 radələrində olub.
Kamil Abdullayev son telefon danışığında meşədən geri qayıtdığını bildirsə də, ondan xəbər almaq mümkün olmayıb.
***
Daşkəsəndə Kəlbəcər sakini meşədə itkin düşüb.
Yurd.Media xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonun sakini, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və bir daha evə qayıtmayıb.
Qeyd edək ki, K.Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat veriləcək.