SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Keçmiş məhkum 13 kq narkotiklə tutuldu

Keçmiş məhkum 13 kq narkotiklə tutuldu

  • 23 iyun 2025, 12:24
Cəlilabad

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.

DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb.

Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Prime Leasing