SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kanalda batan gənc 12 gündür tapılmır - atası qurumlara müraciət etdi

Kanalda batan gənc 12 gündür tapılmır - atası qurumlara müraciət etdi

  • 08 iyul 2025, 11:09
Beyləqan

Füzulidə kanalda batan 16 yaşlı oğlan 12 gündür tapılmır.

Yurd.Media-nın məlumatına görə, ötən ayın 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batan Nahid Nağızadənin axtarışına Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu cəlb edilib.

Kanalda olan bol sululuq axtarış əməkdaşlarının işini çətinləşdirir.

Bu səbəbdən N.Nağızadənin atası Vüqar Nağızadə aidiyyatı qurumlardan kanalda suyun azaldılması üçün köməklik göstərilməsini xahiş edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları