SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İyunun 1-dən iyulun 15-dək bu qədər yanğın baş verib - FHN

İyunun 1-dən iyulun 15-dək bu qədər yanğın baş verib - FHN

  • 17 iyul 2025, 11:35

İyunun 1-dən iyulun 15-nə qədər açıq sahələrdə  2880 yanğın hadisəsi qeydə alınıb. 

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq təəssüflə qeyd edilməlidir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, bu yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq, o cümlədən ərazilərdə iməclik adı altında məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması kimi səbəblərdən baş verib",-Nazirlikdən qeyd edilib.

Prime Leasing