SÜJET
İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
*** 10:05
Ağdaşda 16 yaşlı oğlan suda batıb.
Yurd.Media xəbər verir ki, Trend-in məlumatına görə, hadisə iyulun 16-da baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu 16.07.2025-ci il tarixdə Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində çimərkən suda batıb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
Hazırda D.Süleymanlının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.