Goranboyda piyadanı yük maşını vurub öldürdü.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən yol qəzası Goranboy - Mingəçevir avtomobil yolunun Goran qədəbəsindən keçən hissəsində baş verib.
Belə ki, yaşayış yeri olmayan ərazidən yolu keçmək istəyən piyadanı "Ford" markalı yük maşını vurub. Orta yaşlı şəxs yerindəcə dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb