SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Goranboyda insident olub, ağır xəsarət alan və saxlanılan var

Goranboyda insident olub, ağır xəsarət alan və saxlanılan var

  • 21 mart 2026, 17:51
Goranboy

Goranboy rayonunda ağır xəsarətlə nəticələnən insident baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 20-də Goranboy rayon sakini, 41 yaşlı şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 32 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından isə bildirilib ki, martın 20-də saat 06:40 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları