SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Gömrük komitəsinin “Akkord”u cərimələmək cəhdi baş tutmadı – MƏHKƏMƏ

Gömrük komitəsinin “Akkord”u cərimələmək cəhdi baş tutmadı – MƏHKƏMƏ

  • 17 dekabr 2025, 14:14

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində protokol tərtib edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolunda göstərilib ki, "Akkord"un anbarına daxil olmuş müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşən 13 gömrük bəyannaməsi üzrə bəyan olunan nəqliyyat vasitələrinin anbarda olmadığı müəyyən olunub.

Bu səbəbdən şirkət barəsində İnzibatı Xətalar Məcəlləsinin 491.1-ci maddəsi üzrə protokol tərtib edilib və təsdiq olunması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə isə 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi qərar qəbul edib. Bu qərardan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları