Gəncədə zavod yaxınlığında yanğın baş verib.
Yurd.Media xəbər verir ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın olan ərazidə köhnə avtomobillər və çox sayda şinlər (təkər) yanır.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.