SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Binəqədidə hamam yandı - VİDEO

Binəqədidə hamam yandı - VİDEO

  • 03 yanvar 2026, 14:28
Bakı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları