SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Binəqədidə aşkarlanan qanunsuz tikili dağıdıldı - VİDEO

Binəqədidə aşkarlanan qanunsuz tikili dağıdıldı - VİDEO

  • 05 fevral 2026, 19:56
Bakı

Bakıda aşkarlanan qanunsuz tikili dağıdıldı.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Binəqədidə aşkarlanan qanunsuz tikili dağıdıldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları