Biləsuvar rayon sakini intihara cəhd edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, 18 yaşlı M.R. çoxlu sayda dərman içərək həyatına son qoymaq istəyib.
Gənc qız dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Abituriyentin səhhəti ilə bağlı TƏBİB-dən verilən məlumata görə, ötən gün saat 22:30 radələrində 2007-ci il təvəlüdlü (qadın cinsli) şəxs zəhərlənmə şübhəsilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona dərman zəhərlənməsi diaqnozu təyin edilib.
"Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb"- deyə qeyd olunub.
İlkin ehtimala görə, onun intihar etməsinə buraxılış imtahanında az bal toplaması səbəb olub.