Bərdə-Tərtər yolunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti stabil, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.
Yurd.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:20-də qəza ilə əlaqədar 4 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
14:18
Bərdə-Tərtər yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, "KİA" və "Mersedes" markalı minik maşınlarının toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.