Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Yurd.Media xəbər verir ki, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.