SÜJET
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Yurd.Media-ya qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.