SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Türkiyədə bir neçə dəqiqə fasilə ilə iki zəlzələ oldu

Türkiyədə bir neçə dəqiqə fasilə ilə iki zəlzələ oldu

  • 12 may 2025, 14:32

Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

Yurd.Media xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamenti (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.