SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda süni intellekt üçün sıçrayış: iki Superkompüter Mərkəzi qurulur

Azərbaycanda süni intellekt üçün sıçrayış: iki Superkompüter Mərkəzi qurulur

  • 02 may 2025, 12:55

“Süperkompüter Mərkəzi- yüksək hesablama gücünə malik GPU çiplərindən istifadə edilən, böyük həcmli məlumatların emalı və süni intellekt modellərinin icrası üçün istifadə olunan texnoloji infrastrukturdur. Hazırda Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək məqsədilə iki Superkompüter Mərkəzi qurulur. Bu mərkəzlər həm dövlət sektorunun, həm də startap və innovativ biznesin süni intellekt layihələrinə texnoloji dəstək məqsədilə yaradılır”.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, birinci mərkəz İqtisadiyyat Nazirliyinin dəstəyi ilə CASPEL şirkəti tərəfindən inşa olunur və yalnız dövlət qurumlarının, elmi tədqiqat qurumların süni intellekt layihələri üçün nəzərdə tutulub:

“Artıq bütün dövlət qurumlarına bununla bağlı müraciətlər göndərilib. Layihənin əsas icra tərəfi İqtisadiyyat Nazirliyinin İKT Departamentidir. Bu mərkəzə 20 milyon manat büdcə ayrılıb, Dell texnologiyası üzərində qurulur və NVIDIA H200 GPU-lar ilə təchiz olunur. Təşkilatçılar layihənin ən çətin mərhələlərdən biri olan, ABŞ-dan NVIDIA-nın GPU çiplərinin lisenziyasının əldə olunmasını da artıq tamamlanyıblar. Hazırda xidmətlərin dizaynı və tarifləri üzərində işlər gedir. Yaxın günlərdə açılışı nəzərdə tutulub”.

O. Gündüz bildirir ki, ikinci mərkəz isə AzİnTelecom tərəfindən qurulur və bu yaxınlarda 7 milyon manatlıq tenderin nəticəsində işlərə start verilib:

“Tender başa çatıb, lakin 2-ci Superkompüter Mərkəzini quracaq şirkəti AzİnTelecom hələlik elan etməyib. Bu mərkəzin Lenovo texnologiyası üzərində qurulması gözlənilir və NVIDIA H200 GPU çipləri ilə təchiz ediləcək. Hələlik ən çətin mərhələnin, NVİDİA çipləri üçün ABŞ-dan lisenziyanın əldə olunması haqqında məlumatlar verilməyib. Bu mərkəzdə əsas istifadəçi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən AI Lab, həmçinin startaplar, innovasiya ekosisteminin iştirakçıları və biznes strukturları nəzərdə tutulub. Xatırladıram ki, Süni İntellekt Akademiyası da Aİ Lab tərəfindən yaradılır. AzİnTelecom-un Superkompüter Mərkəzinin tarifləri də hələ müəyyənləşdirilməyib, lakin bu məsələ ötən gün İRİA-da keçirilən görüşdə xüsusi müzakirə mövzusu olub və bununla bağlı təkliflərimizi təqdim etmişik. Qeyd edim ki, bu yaxındlarda Prezident tərəfindən təsdiqlənən süni intellekt Strategiyasında infrastrukturun inkişafı üçün belə superkompüter mərkəzinin yaradılması nəzərdə tutulmuşdu . Strategiyanın qəbulundan dərhal sonra cavabdeh qurumlar tərəfindın real işlərin görülməsi diqqət cəlb edəndur və təqdirə layiqdir. Dövlət qurumları üçün süni intellekt layihələrinin xarici resurslarda saxlanılması müəyyən risklər yaradır. Özəllər, startaplar üçün də GPU əsaslı süni intellekt modellərin xarici resurslarda yerləşməsi xeyli xərclər tələb edir. Bu baxımdan, düşünürəm ki, hər iki mərkəzin şəffaf, açıq və rəqabətqabiliyyətli olması, həm dövlət, həm də özəl sektor üçün əlçatan tariflərlə xidmət göstərməsi süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək. Ümid edirəm bu mərkəzlərin təqdim etdiyi xidmətlərin tarifləri əlçatan olacaq”.