SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
AZAL Hindistana reysi təxirə saldı - SON DƏQİQƏ

AZAL Hindistana reysi təxirə saldı - SON DƏQİQƏ

  • 07 may 2025, 11:23
Bakı

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan "J2-181" ("Domodedovo" aeroportu) və "J2-807" ("Vnukovo" aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan "J2-059" nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Prime Leasing
SPE Annual Caspian