Bakıda avtobus sürücüsü sərnişindən ödəniş tələb etməsindən sonra döyülüb.
Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
"Azland Plaza" şirkətinin rəhbəri Ramiz Tağıyev bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Kamran Azər oğlu Qafarov sərnişin tərəfindən döyülüb.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, baş verən insidentlə bağlı Nizami RP-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb.
Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.