SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xəzərdə dalğanın hündürlüyü 4 metrdən çoxdur - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 4 metrdən çoxdur - FAKTİKİ HAVA

  • 06 iyul 2025, 10:26

Bugün səhər saatlarına olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.

Prime Leasing