SÜJET
Gəncədə tikinti işi görənlər ağacları məhv ediblər.
Yurd.Media xəbər verir ki, şəhərin Pərviz Səmədov küçəsində, 4 nömrəli orta məktəbin yaxınlığında tikinti işi görənlər bir neçə ağacı sındırıb, kəsiblər.
Kadrlarda da göründüyü kimi, ərazidə çalışdırılan ağır texnika vasitəsilə ağaclar sındırılır. Həmin ağacların quru ağac olmadığı da məlumdur.