SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

  • 09 noyabr 2025, 14:47

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

Prime Leasing
SPE Annual Caspian