SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

  • 24 iyun 2025, 15:37

İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Yurd.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

Prime Leasing