Bakının Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi 63 ünvanında üzəri açıq formada qalan neft quyusu sakinlər üçün təhlükə yaradır.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, yaşayış məntəqəsinə və məktəbə yaxın məsafədə quyunun üzərinin açıq qalması və ətrafında heç bir təhlükəsizlik tədbirinin görülməməsi hər an yanğın və digər bədbəxt hadisələrin baş verməsinə şərait yaradır.
Onların sözlərinə görə, problemlə bağlı müxtəlif qurumlara məlumat verilib, lakin tədbir görülməyib. Ərazidə yaşayanlar qoxunun və neftin daşmasının qarşısını almaq üçün ətrafını bir neçə dəfə torpaqla örtməyə çalışıblar.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən məsələnin həlli ilə əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcili tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edilib.
Ətraflı süjetdə: