Bakıda Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış parkın ərazisində flora və fauna muzeyləri yaradılacaq.
"Yurd.Media"-nın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tender elan edib, muzeylərin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Layihə sənədlərinin 670 min manata başa gələcəyini gözlənilir.
Qeyd edək ki, Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yaradılan həmin parkın açılışı bu il fevralın 7-də baş tutub. Park Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşir.