SÜJET
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilir ki, iyunun 10-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.