SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakının ətrafındakı göllər təmizlənəcək

Bakının ətrafındakı göllər təmizlənəcək

  • 20 may 2026, 18:31
Bakı

Bakı ətrafı ərazilərdə yerləşən göllərin təmizlənməsi ilə əlaqədar yeni layihənin icrasına başlanılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq:

"2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bank ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin təşkilini təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir.

Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün - Böyük Şor, Zığ və Xocahəsənin təmizlənməsidir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları