SÜJET
Azərbaycan Mərkəzi Bankı (AMB) iki ödəniş təşkilatına - "Tiko Azərbaycan" və "Greentek Group" MMC-lərə icrası məcburi göstəriş verib.
Bu barədə AMB-nin internet səhifəsində bildirilir.
Məlumata əsasən, icrası məcburi göstəriş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq verilib.