Azərbaycanda qida məhsullarının idxalı ilə məşğul olan “Merano-Baku” ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 2,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
Bu il iyulun əvvəlinə “Merano-Baku”nun aktivləri 17,8 milyon manat təşkil edib. Bu isə, ötən il iyulun əvvəlinə nisbətən 3,9% azdır.
Hesabat tarixinə şirkətin öhdəlikləri 13,2 milyon manat (10,4% az), balans kapitalı isə 4,7 milyon manat (20,3% çox), o cümlədən nizamnamə kapitalı 0,1 milyon manat (dəyişməyib) olub.