SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Qida məhsulları idxalçısının xalis mənfəəti 27%-dən çox azalıb

Qida məhsulları idxalçısının xalis mənfəəti 27%-dən çox azalıb

  • 31 avqust 2026, 13:05

Azərbaycanda qida məhsullarının idxalı ilə məşğul olan “Merano-Baku” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 1,6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% azdır. 

Bu il iyulun əvvəlinə “Merano-Baku”nun aktivləri 19,7 milyon manat təşkil edib. Bu isə, ötən il iyulun əvvəlinə nisbətən 10,7% çoxdur.

Hesabat tarixinə şirkətin öhdəlikləri 13,5 milyon manat (2,3% çox), balans kapitalı isə 6,2 milyon manat (31,9% çox), o cümlədən nizamnamə kapitalı 0,1 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən şirkətin direktoru Bəxtiyar Quliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları