“BioPack” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, karton qutu, etiket və stiker istehsalı sahəsində fəaliyyət göstərən şirkət 2026-cı ilin işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında iyun ayı üzrə hesabatı iyul ayının 15-dək təqdim edilməli olduğu halda, bunu etməyib.
Buna görə də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 300 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən “BioPack”ın nizamnamə kapitalı 100 manatdır. Samir Kərimovun rəhbərlik etdiyi şirkətin dövlətə 5 min manat vergi borcu var.