“Central Azerbaijan Fruits” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Həmin protokola əsasən “Central Azerbaijan Fruits” MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Central Azerbaijan Fruits” MMC 2023-cü ildə yaradılıb və hazırda ləğv prosesindədir. Şirkətin direktoru Aynurə Bəhrəmlidir.