“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin direktoru dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin direktoru vəzifəsində Tural Bayramovun yerinə Günel Qurbanova təyin olunub.
Günel Qurbanova 2 ildir ki “MFX-Trading İnvestisiya Şirkəti”ndə baş mühasib işləyirdi.
Beləcə, Azərbaycanda fəaliyyət göstərən artıq 11 investisiya şirkətindən artıq üçüncüsünə qadın rəhbər təyin olunur. Günel Qurbanovadan başqa “CFI Financial İnvestisiya Şirkəti”nin İdarə Heyətinin sədri Pərvanə Qasımova və "Xalq Kapital" İnvestisiya Şirkəti QSC-nin İcraçı Direktoru Nigar Xubanova-Mahmudzadədir.
Qeyd edək ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,11 milyon manatdır, yeganə səhmdarı Samir Xəlilovdur.
Bu ilin yanvar-sentyabr aylarında “MFX-Trading İnvestisiya Şirkəti” ASC “Bakı Fond Birjası” QSC-də 55,1 milyon manatlıq əməliyyat aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,7% azdır. Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 170,35 milyon manat təşkil edib.